satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan mobil məlumatların tətbiqi üzrə Almatı seminarında təmsil olunacaq

Azərbaycan mobil məlumatların tətbiqi üzrə Almatı seminarında təmsil olunacaq

Bu il iyunun 22-dən 24-dək Almatıda rəsmi statistikada mobil yerləşdirmə məlumatlarının (“Mobile Positioning Data”, MPD) istifadəsi üzrə beynəlxalq seminar keçiriləcək.

NTV xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın statistika agentliklərinin mütəxəssisləri iştirak edəcəklər.

Dünya Bankı, Asiya İnkişaf Bankı və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu da daxil olmaqla, əsas beynəlxalq qurumların nümayəndələri də müzakirələrə qoşulacaqlar.

Seminarın məqsədi mobil yerləşdirmə məlumatlarına çıxışın sadələşdirilməsi metodları barədə məlumatlılığı artırmaq, iştirakçıların milli mobil operatorlarla qarşılıqlı əlaqələrində dəstək olmaq və tərəfdaş ölkələrdə rəsmi statistikada bu cür məlumatların emalı və təhlili üçün texniki potensialı gücləndirməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM