Türkiyənin Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı ilə əlaqəsi olan şəxslərə qarşı daha bir genişmiqyaslı əməliyyatı elan edib.
NTV xəbər verir ki, məlumata görə, jandarma qüvvələri tərəfindən Türkiyənin 26 əyalətində 70 nəfər saxlanılıb.
Əməliyyat yerli prokurorlar və Türkiyə Daxili İşlər Nazirliyinin terrorizmə qarşı mübarizə bölmələri ilə əlaqələndirilib.
İstintaq orqanlarının məlumatına görə, saxlanılan şəxslər terror təşkilatının ideologiyasını təbliğ etməkdə və cinayətkar qruplaşmaları maliyyələşdirməkdə ittiham olunurlar.
Türkiyənin Daxili İşlər Nazirliyi bütün növ cinayətkarlıqla mübarizə aparmaq əzmini vurğulayıb.
