satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Müttəfiqlər Ukraynaya 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər

Zelenski: Müttəfiqlər Ukraynaya 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər

Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabındakı paylaşımında müxtəlif Avropa ölkələrinin liderləri ilə son təmaslarını qiymətləndirib.

NTV xarici mediaya istinadla xəbər verir ki, Fransada keçirilən G7 liderlərinin sammitində, dünən Brüsseldə keçirilən Ukrayna Müdafiə Əlaqə Qrupunun görüşündə və Avropa İttifaqı (Aİ) liderlərinin Zirvə toplantısında iştirakını xatırladan Zelenski bu proqramlar çərçivəsində səmərəli danışıqlar apardığını qeyd edib.

Zelenski Ukraynanın Prioritet Ehtiyaclar Siyahısı (PURL) mexanizminə dəstəyin davam etdiyini bildirib və əlavə edib: “Doqquz ölkə PURL proqramına təxminən 1 milyard dollar ianə etdiyini açıqlayıb”.

Ukrayna lideri, həmçinin Kanada və Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdiyini və Aİ-nin Rusiyaya qarşı 21-ci sanksiya paketi üzrə prosesin tezliklə başa çatacağını vurğulayıb.

Ukrayna Müdafiə Əlaqə Qrupunun görüşündə əhəmiyyətli nəticələr əldə edildiyini bildirən Zelenski, həmçinin bildirib ki, ümumilikdə, qrupun iclasının nəticələrinə görə, müttəfiqlər ölkə üçün 4 milyard dollarlıq yeni yardım paketi elan ediblər.

Zelenski hər bir yardım paketinin Rusiya hücumlarının qarşısının alınması baxımından onlar üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək bildirib: “Biz müdafiəmiz üçün yeni imkanlarla evə qayıdırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM