ABŞ Siciliyada, əsasən də “Sigonella” hərbi bazasında əsgərlərinin sayını artırmağı nəzərdən keçirir.
NTV xəbər verir ki, “La Repubblica” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, bu qərar Vaşinqtonun diqqətini Yaxın Şərqə və Afrikaya yönəltməsinə işarədir. Nəşr bildirir ki, Siciliyada amerikalı hərbçilərin sayının artırılması, həmçinin ABŞ-nin Avropadakı hərbi mövcudluğunun geniş şəkildə nəzərdən keçirilməsi ilə bağlıdır.
Qeyd edək ki, bir gün əvvəl Birləşmiş Ştatların hərb naziri Pit Heqset NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə Avropa ölkələrini müdafiə xərclərinin yetərli olmamasına görə sərt tənqid edib və gələcəkdə ABŞ qoşunlarının Avropada yerləşdirilməsinə yenidən baxılacağını vurğulayıb.
