satellite   Azerspace-1: 11135 H 30000

İran XİN: Müttəfiqlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik

İran XİN: Müttəfiqlərimizi qorumaq üçün bütün tədbirləri görəcəyik

İran İsrailin Livana qarşı davam edən təcavüzü qarşısında müttəfiqlərini qorumaq üçün bütün tədbirləri görəcək.

NTV  xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Beqai deyib. Onun sözlərinə görə, ABŞ ilə imzalanan memoranduma əsasən, Vaşinqton İsrailin Livana təcavüzünə görə məsuliyyət daşıyır. Diplomat, həmçinin bunun ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

İsrailin Baş naziri Binyamin Netanyahu isə öz növbəsində qoşunları Livanın cənubundan çıxarmaq niyyətində olmadığını vurğulayıb.

Xatırladaq ki, İran və ABŞ həftənin əvvəlində Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını ehtiva edən anlaşma memorandumu imzaladılar. Lakin İsrailin Livana davam edən təcavüzü səbəbindən tərəflər arasında iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılan danışıqlar təxirə salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM