Rusiyanın Krasnoyarsk diyarının şimalında meşə yanğınlarının sahəsi 133 min hektarı ötür.
NTV "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə regional meşə yanğınları mərkəzi məlumat yayır.
"20 iyun 2026-cı il saat 08:45-ə (Bakı vaxtı ilə 05:45 - red.) olan operativ məlumata görə, diyarın ərazisində ümumi sahəsi 133,6 min hektar olan 93 meşə yanğını aktivdir", - məlumatda deyilir.
Ocaqlar Yenisey, Şimali Yenisey, Turuxan və Evenkiya dairələrində aktivdir.
Yaşayış məntəqələrinə təhlükənin olmadığı iddia edilir.
Regionda meşə yanğınlarının söndürülməsində 1,6 mindən çox insan, o cümlədən "Avialesoxrana"nın federal rezervinin regionlararası qüvvələri, həmçinin digər regionlardan olan aviasiya yanğınsöndürənləri iştirak edir.
