ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff İran tərəfi ilə danışıqlar aparmaq məqsədilə İsveçrəyə gedir.
NTV xəbər verir ki, bu barədə “Axios”un jurnalisti Barak Ravid mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, danışıqların İranın nüvə proqramı ilə bağlı mümkün razılaşma çərçivəsində ilkin mərhələ ola biləcəyi gözlənilir.
Məlumata görə, ABŞ Prezidentinin kürəkəni Cared Kuşner artıq İsveçrədədir və prosesə yaxın mənbələr onun da müzakirələrdə iştirak etdiyini bildirirlər.
