satellite   Azerspace-1: 11135 H 30000

Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır

Tramp: Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynaya silah tədarükü xərclərini Avropa ölkələri qarşılamalıdır.

NTV xəbər verir ki, Tramp bu barədə Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, ABŞ əvvəlki administrasiya dövründə Ukraynaya böyük həcmdə silah və hərbi texnika təqdim edib, lakin bu xərclərin Avropa tərəfindən qarşılanması tələb olunmayıb. Tramp qeyd edib ki, Avropa ölkələri ilə görüşlərində bu məsələyə diqqət çəkib və onlara təxminən 350 milyard dollar dəyərində yardım göstərildiyini xatırladıb.

ABŞ Prezidenti əlavə edib ki, hazırda tətbiq olunan yeni mexanizmə əsasən, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsini əsasən Avropadakı NATO müttəfiqləri həyata keçirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM