satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda dəniz məhsulları fabrikində ammonyak sızması nəticəsində yeddi nəfər ölüb

Hindistanda dəniz məhsulları fabrikində ammonyak sızması nəticəsində yeddi nəfər ölüb

Hindistanın şərqindəki Tamilnad ştatının paytaxtı Çennay şəhərində dəniz məhsullarının emalı və ixracı üzrə fabrikdə ammonyak sızması nəticəsində yeddi işçi həlak olub, 40-dan çox şəxs xəsarət alıb.

 

NTV xəbər verir ki, bu barədə "The Times of India" qəzeti məlumat yayıb.

 

Bildirilib ki, hadisə anında müəssisədə ümumilikdə 120 nəfər olub. Milli Təbii Fəlakətlərə Müdaxilə Qüvvələri fəsadların aradan qaldırılması üçün hadisə yerinə 30 nəfərdən ibarət xüsusi qrup göndərib.

 

"Zəhərli qaz sızması səbəbindən onlarla işçi zəhərlənmə əlamətləri, tənəffüs problemləri, ağız və burun qanaxması ilə xəstəxanalara çatdırılıb. Onlardan yeddisi xəstəxanada vəfat edib, doqquz nəfər isə ağır vəziyyətdə özəl klinikadan Stenli dövlət xəstəxanasına köçürülüb", - məlumatda vurğulanıb.

 

Xilasetmə işləri davam edir. Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM