Livan və İsrail nümayəndələri Vaşinqtonda keçirilən danışıqlarda Cənubi Livanın bir hissəsinin Beyrutun nəzarətinə verilməsi imkanlarını müzakirə edirlər.
NTV xəbər verir ki, “Reuters” agentliyi bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Vaşinqton tərəfindən dəstəklənən plana əsasən, Livan hərbçiləri əvvəlcə “Hizbullah” hərəkatı ilə əlaqəsinin olmadığını aydınlaşdıran yoxlamadan keçiriləcək. Eyni zamanda, layihədə İsrailin Livanla sərhəddə hərbi mövcudluğunu saxlaması nəzərdə tutulur.
Qeyd edək ki, iyunun 23-də Vaşinqtonda Livan-İsrail danışıqlarının beşinci raundu başlayıb.
