satellite   Azerspace-1: 11135 H 30000

İran Körfəz ölkələri ilə təhlükəsizlik sazişləri bağlamağa hazırdır

İran Körfəz ölkələri ilə təhlükəsizlik sazişləri bağlamağa hazırdır

İran Körfəz regionu ölkələri ilə təhlükəsizlik sahəsində sazişlərin imzalanmasına hazır olduğunu bəyan edib.

NTV xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bu barədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament İttifaqının Bakıda keçirilən konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, müsəlman dünyasının gələcəyi dağıdıcı rəqabət deyil, əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı siyasi dialoq əsasında formalaşmalıdır. Məhəmməd Bağır Qalibafın sözlərinə görə, Tehran Körfəz ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişlərinin imzalanmasında maraqlıdır.

Siyasətçi əlavə edib ki, belə yanaşma region ölkələrini ortaq düşmənlərdən qorumağa və sərmayələr üçün daha təhlükəsiz mühit yaratmağa imkan verəcək.

İran parlamentinin sədri, həmçinin bütün xarici hərbi qüvvələrin Yaxın Şərq ölkələrindən çıxarılmasının vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM