satellite   Azerspace-1: 11135 H 30000

ÜST: Avropa qitəsində müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altında qoyur

ÜST: Avropa qitəsində müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altında qoyur

Avropada havanın temperaturu qlobal orta göstəricidən təxminən iki dəfə artır və qitədə müşahidə olunan isti hava dalğası insanların sağlamlığını risk altında qoyur.

NTV  xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bununla bağlı X sosial media hesabında paylaşım edib

O qeyd edib ki, Avropadakı isti hava dalğası məktəblərin bağlanmasına və insanların sağlamlığının təhlükə altına düşməsinə səbəb olur.

Baş direktor paylaşımda Avropa üzrə temperaturun qlobal orta göstəricidən təxminən iki dəfə daha sürətlə artdığını göstərən məlumatların olduğunu vurğulayıb.

Tedros Adhanom Qebreyesusun sözlərinə görə, bu vəziyyət gələcəkdə Avropada ekstremal istilərin başvermə ehtimalını artırır.

Tədbirlərin görülməsinin daha da gecikdirilməsinə dözümlərinin olmadığını vurğulayan Qebreyesus deyib: “Liderlər iqlim dəyişikliyinə davamlı səhiyyə sistemlərinə investisiya qoyulmasını prioritet etməklə yanaşı, iqlim fəaliyyətini sürətləndirməli və iqlim böhranının səbəblərinin azaldılması istiqamətində addımlar atmalıdırlar”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM