satellite   Azerspace-1: 11135 H 30000

Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

Dubay Beynəlxalq Hava Limanının simvolik qülləsi yenilənib

Dubay Beynəlxalq Hava Limanında yeni hava hərəkətinin idarə edilməsi qülləsinin dizaynı təqdim edilib.

NTV rəsmi WAM agentliyinə istinadla xəbər verir ki, yeni dizaynla qüllədə Birləşmiş Ərəb Əmirliklərinin bayrağının rəngləri əks olunub. Təqdimat mərasimində Dubay polisi tərəfindən xüsusi nümayiş də keçirilib.

Bildirilib ki, 89 metr hündürlüyündə olan yeni qüllə hava limanının gündəlik fəaliyyətində mühüm rol oynayır. Qüllədə fəaliyyət göstərən idarəetmə mərkəzi təyyarələrin gəlişi, yola düşməsi və hərəkətinin təhlükəsizliyini təmin edir.

Qeyd olunub ki, 1960-cı ildə fəaliyyətə başlayan Dubay Beynəlxalq Hava Limanı hazırda dünyanın ən işlək beynəlxalq hava limanlarından biri hesab edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM