satellite   Azerspace-1: 11135 H 30000

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

AŞPA Gürcüstanla bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edib.

NTV xəbər verir ki, AŞPA-nın 83 deputatı qətnamənin lehinə, 5-i əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.

Qətnamə layihəsində qeyd olunur ki, Gürcüstanda demokratik geriləmə, vətəndaş cəmiyyətinə, siyasi müxalifətə və fərqli düşüncəyə qarşı təzyiqlər azalmır.

“Gürcüstanda demokratiyanın davam edən çöküşü və assambleyanın bu məsələni həll etmək üçün tövsiyələrinə cavab verilməməsi hökumətin Gürcüstanın üzvlük öhdəliklərini yerinə yetirməyə və Avropa Şurasına qoşulmağa hazırlığına ciddi şübhələr yaradır”, - deyə sənəddə deyilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM