ABŞ-nin kommersiya xam neft ehtiyatları azalıb.
NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6 milyon 100 min barel azalaraq 412 milyon 100 min barel olub. Bazar proqnozları ehtiyatların 3 milyon 900 min barel azalacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları da 9 milyon 100 min barel geriləyərək 331 milyon 200 min barel olub. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 2 milyon 100 min barel artaraq 216 milyon 300 min barel təşkil edib.
