ABŞ Prezident Administrasiyası İranla müharibə də daxil olmaqla, Konqresdən 87,6 milyard dollar əlavə maliyyələşdirmə istəyib.
NTV xəbər verir ki, CNBC telekanalının məlumatına görə, Pentaqonun silah-sursat alınması və ABŞ sənaye bazasının gücləndirilməsi üçün 21 milyard dollara ehtiyacı var. Ebola virusu ilə mübarizəyə daha 1,4 milyard dollar, nüvə və enerji təhlükəsizliyinə isə 768 milyon dollar tələb olunur.
Bundan əlavə, sənəddə Amerika fermerlərinə dəstək üçün 10 milyard dollar, Vaşinqtonda bərpa və tikinti layihələrinə 500 milyon dollar və Nyu-Yorkda vağzallardan birinin yenidən qurulmasına 1 milyard dollar ayrılması nəzərdə tutulub.
Telekanal iddia edir ki, “populyar olmayan müharibəni maliyyələşdirməyə” səs vermək zərurəti 2026-cı il aralıq seçkilər ərəfəsində respublikaçıları çətin siyasi vəziyyətə sala bilər.
