ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın növbəti baş naziri olacağı gözlənilən Endi Börnham barədə çox məlumatı olmadığını bildirib və onu həddindən artıq liberal siyasətçi kimi xarakterizə edib.
NTV “Reuters”ə istinadla xəbər verir ki, Donald Tramp jurnalistlərə açıqlamasında Endi Börnhamın Şimal dənizində neft hasilatının genişləndirilməsini dəstəkləməyəcəyini düşündüyünü deyib.
“Onun haqqında çox məlumatım yoxdur. Bildiyim qədərilə hansısa şəhərin meri olub. Eşitdiyimə görə, o, həddindən artıq liberaldır. Bu isə o deməkdir ki, yəqin Şimal dənizində neft hasilatını genişləndirməyəcək”, – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, Keir Starmerin istefasını açıqlamasından sonra Leyboristlər Partiyasının yeni lideri və ölkənin növbəti baş naziri postuna əsas namizəd kimi Endi Börnhamın adı çəkilir. Onun partiyadaxili seçkilərin yekununda iyulun ortalarınadək yeni lider seçilə biləcəyi bildirilir.
