satellite   Azerspace-1: 11135 H 30000

Fransada isti hava şəraiti dəmir yolu nəqliyyatında məhdudiyyətlərə səbəb olub

Fransada isti hava şəraiti dəmir yolu nəqliyyatında məhdudiyyətlərə səbəb olub

Fransada davam edən güclü istilər dəmir yolu nəqliyyatında ciddi məhdudiyyətlər yaradıb.

NTV xəbər verir ki, bu barədə “SNCF Reseau” dəmir yolları nəqliyyat şirkətinin baş direktoru Matye Şabanel Franceinfo televiziya kanalına müsahibəsində bildirib.

O bildirib ki, adi günlərdə hərəkət edən təxminən 15 min qatardan 1000-ə yaxınının hərəkəti müvəqqəti dayandırılıb.

Nəqliyyat operatorları isə bildirirlər ki, həddindən artıq istilər dəmir yolu infrastrukturuna və texniki avadanlıqlara əlavə yük yaradır. Metal konstruksiyalar yüksək temperatur zamanı genişlənə və deformasiya ola bilər, elektrik sistemləri isə həddindən artıq qızma riski ilə üzləşir.

Qeyd edək ki, Fransada davam edən isti hava dalğası xüsusilə yaşlılar və həssas qruplar üçün sağlamlıq riski yaradır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM