satellite   Azerspace-1: 11135 H 30000

Şimali Koreya lideri modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izləyib

Şimali Koreya lideri modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izləyib

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In modernləşdirilmiş artilleriya və raket sistemlərinin sınaqlarını izləyib.

NTV  xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqlar zamanı modernləşdirilmiş 240 millimetrlik 24 lüləli yaylım atəşli reaktiv sistemin, taktiki ballistik raketin xüsusi təyinatlı döyüş başlığının və 155 millimetrlik özüyeriyən haubitsa üçün artırılmış mənzilli mərminin döyüş göstəriciləri qiymətləndirilib.

Agentlik xatırladıb ki, Şimali Koreya may ayında da süni intellekt texnologiyalarından istifadə edən yeni çoxməqsədli raket sistemlərini sınaqdan keçirmişdi. Bildirilir ki, yeni taktiki qanadlı raket 100 kilometrədək məsafədəki hədəfləri yüksək dəqiqliklə vurmaq imkanına malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Kadir İnanır vəfat edib

19:38 26.06.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM