Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son 24 saat ərzində 13 nəfər artaraq 304-ə çatıb.
NTV xəbər verir ki, bu barədə Konqo Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat yayıb.
Virusa yoluxanların sayı əvvəlki günlə müqayisədə 37 nəfər artaraq 1155-ə yüksəlib. Ölüm göstəricisi 26,3 faiz təşkil edir.
Hazırda xəstəxanalarda və izolyasiya palatalarında 326 xəstə müalicə olunur. Eyni zamanda 138 nəfər tam sağalaraq tibb müəssisələrindən evə buraxılıb.
