Pablo Pikassonun fotoqraf və rəssam “Dora Maarın portreti” Londonda keçirilən hərracda 1,3 milyon funt-sterlinqə (təxminən 1,7 milyon dollar) satılıb.
NTV xəbər verir ki, hərrac “Sotheby's” tərəfindən təşkil olunub. Əsərin ilkin qiyməti 600-800 min funt-sterlinq arasında qiymətləndirilirdi. Pikasso portreti 1938-ci ildə çəkərək Dora Maara hədiyyə edib və əsər uzun illər onun şəxsi kolleksiyasında qalıb.
Hərracda, həmçinin Klod Mone, Vinsent van Qoq, Pyer Bonnard və Mark Şaqalın əsərləri də yüksək qiymətlərə satılıb.
Məlumata görə, britaniyalı iş adamı Co Lüisin kolleksiyasından iki gün ərzində satılan lotların ümumi dəyəri 305 milyon funt-sterlinqi (təxminən 400 milyon dollar) ötüb. Bu göstərici ilkin gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib.
