satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər

Yaponiya və Cənubi Koreya müdafiə əməkdaşlığının genişləndirilməsini müzakirə edəcəklər

Yaponiyanın müdafiə naziri Sindziro Koidzumi Cənubi Koreyaya iki günlük səfərə yollanıb və orada həmkarı An Qyu Beklə danışıqlar aparacaq.

 

NTV "Yonhap"a istinadən xəbər verir ki, tərəflər müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi və mübadilələrin fəallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.

 

Bu, Koidzuminin müdafiə naziri vəzifəsində Cənubi Koreyaya ilk səfəridir. Səfər ikitərəfli münasibətlərin davam edən müsbət dinamikası fonunda baş tutur və bu ilin yanvarında An Qyu Bekin Yokosukaya etdiyi səfərə qarşılıq olaraq reallaşdırılır.

 

Səfər çərçivəsində iki ölkənin müdafiə qurumlarının rəhbərləri Cənubi Koreyanın "Black Eagles" pilotaj qrupunun yerləşdiyi Vondju şəhərindəki aviabazaya baş çəkəcəklər.

 

Əsas danışıqlar bazar günü keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM