satellite   Azerspace-1: 11135 H 30000

Bəhreyn İranın dron hücumuna məruz qaldığını bildirib

Bəhreyn İranın dron hücumuna məruz qaldığını bildirib

 

Bəhreyn iyunun 27-də, şənbə günü ərazisinin İranın pilotsuz təyyarələrinin hücumlarına məruz qaldığını elan edib. O, bunu suverenliyinin və beynəlxalq hüququn “kobud şəkildə pozulması” adlandırıb.

NTV  rəsmi BNA agentliyinə istinadla xəbər verir ki, Bəhreyn Xarici İşlər Nazirliyi hücumu pisləyərək və hədəfin dəqiq yerini açıqlamadan, İranın bir neçə drondan istifadə etdiyi barədə məlumat yayıb.

Nazirlik şənbə gününün əvvəlində baş verən hadisənin mülki insanların həyatını təhlükəyə atdığını və gərginliyin azaldılması üçün regional səyləri pozduğunu bəyan edib. Bəhreyn XİN Manamanın “suverenliyini qorumaq üçün tam və qanuni hüququnu” bir daha təsdiqləyib və BMT Təhlükəsizlik Şurasını Tehranı məsuliyyətə cəlb etməyə çağırıb.

Hücum ABŞ-nin cümə günü axşam saatlarında İranın raket, PUA və radar obyektlərinə zərbə endirməsi və Tehranı Hörmüz boğazından keçən ticarət gəmisini hədəf almaqda ittiham etməsindən bir neçə saat sonra baş verib.

Daha sonra İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin ölkənin cənubuna endirdiyi zərbələrə cavab olaraq dəniz qüvvələrinin bölgədəki Amerika hərbi mövqelərinə hücum edəcəyi və gərginliyin davam edəcəyi təqdirdə sərt cavab verəcəyi barədə bəyanat verib.

Bu hadisələr İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan və iyunun 18-də qüvvəyə minən İslamabad Anlaşma Memorandumuna baxmayaraq baş verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM