satellite   Azerspace-1: 11135 H 30000

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

Pakistanda terrorçuların hücumu nəticəsində azı 3 əsgər həlak olub

İyunun 27-də axşam saatlarında cənub liman şəhəri Karaçidə terrorçuların təhlükəsizlik qüvvələrinin bazasına basqını nəticəsində azı üç əsgər həlak olub. Polisin məlumatına görə, atışmalar zamanı 3 terrorçu öldürülüb.

NTV Pakistan mediasına istinadla xəbər verir ki, şübhəli bombaçı partlayıcı maddə ilə yüklənmiş nəqliyyat vasitəsini binanın girişinə çırpdıqdan sonra böyük partlayış baş verib. Qısa müddət sonra beş-altı yaraqlıdan ibarət qrup Karaçinin şərq rayonunda hərbiləşdirilmiş “Reyncer” qüvvələrinin təhlükəsizlik bazasına basqın edib.

Polis rəisi Cavid Alam Odho jurnalistlərə bildirib ki, ilkin məlumatlara görə, üç əsgərin ölümü təsdiqlənib. O əlavə edib ki, indiyə qədər azı üç terrorçu da öldürülüb.

Hələlik heç bir qrup bu terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM