satellite   Azerspace-1: 11135 H 30000

Həddindən artıq istilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

Həddindən artıq istilər səbəbindən Parisdə 100-dən çox ölüm faktı qeydə alınıb

Fransanın paytaxtı Parisdə dünən həddindən artıq istilər səbəbindən 109 nəfərin öldüyü bildirilir.

NTV xarici mediaya istinadla xəbər verir ki, bu rəqəmə yalnız evlərində və ictimai yerlərdə ölənlər daxildir, qocalar evlərində və xəstəxanalarda ölüm halları daxil deyil.

Həddindən artıq isti havanın hökm sürdüyü Parisdə xəstəxanalar "təcili yardım planı"nı aktivləşdirib. Fransada fövqəladə hallar zamanı səhiyyə müəssisələrində aktivləşdirilən bu plana məzuniyyətdə olan işçilərin iş yerinə çağırılması, çarpayı tutumunun artırılması və təcili olmayan əməliyyatların təxirə salınması kimi addımlar daxildir.

Paris və ətraf ərazilər də daxil olmaqla 37 əyalətdə qırmızı, 48 əyalətdə isə həddindən artıq istilər səbəbindən narıncı həyəcan siqnalı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM