satellite   Azerspace-1: 11135 H 30000

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edilib

Venesuelada 11 yaşlı uşaq 70 saatdan sonra dağıntılar altından xilas edilib

Kolumbiyalı xilasedicilər Venesuelada 70 saatdan sonra dağıntılar altından 11 yaşlı oğlanı sağ çıxarıblar.

 

NTV xəbər verir ki, bu barədə Kolumbiya Müdafiə Nazirliyi “Facebook” səhifəsində məlumat verib.

 

Bildirilib ki, bu əməliyyat ümid bəxş edir və sağ qalanların axtarışını davam etdirmək missiyasını gücləndirir.

 

Nazirlik həmçinin Kolumbiyanın Milli Fəlakət Risklərinin İdarə Edilməsi Xidməti və Boqota Yanğından Mühafizə İdarəsinin mütəxəssislərinin fədakarlığını və cəsarətini yüksək qiymətləndirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM