satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır - FOTOLAR

Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır<font color=red> - FOTOLAR</font> Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır<font color=red> - FOTOLAR</font> Qazaxıstanda ordunun döyüş hazırlığı üzrə irimiqyaslı təlimlər başlayır<font color=red> - FOTOLAR</font>

Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması üzrə hərtərəfli taktiki-döyüş təlimləri keçiriləcək.

 

Bu barədə NTV Qazaxıstan Respublikası Müdafiə Nazirliyinə istinadla xəbər verir.

 

Tədbirlər qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə çatdırılması zaman şəxsi heyətin və bölmələrin praktiki bacarıqlarının təkmilləşdirilməsinə yönəlib.

 

Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər planlı tədris xarakteri daşıyır və əsasən hərbi hissələrin ərazilərində və təlim poliqonlarında keçiriləcək. Bu baxımdan hərbi texnikanın yerdəyişməsi mümkündür.

 

Ayrı-ayrı bölmələr təlim poliqonlarına və təlim mərkəzlərinə planlı yürüşlər edəcək. Bu dövrdə bölgələrdə yolların müəyyən hissələrində müvəqqəti yol hərəkəti məhdudiyyətləri mümkündür.

 

Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrdə dərc olunan məlumatları rəhbər tutmağa çağırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM