satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Sumı və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Rusiya Ukraynanın Sumı və Zaporojye vilayətlərinə hücum edib, 6 nəfər ölüb, daha 37 nəfər xəsarət alıb.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisi və Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov məlumat verib.

Milli Polisin məlumatına görə, Sumı vilayətində Rusiya hücumları nəticəsində 2 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

İ.Fyodorov bildirib ki, Rusiya qoşunları bir sutka ərzində Zaporojye vilayətinin 45 yaşayış məntəqəsinə 973 zərbə endirib. Zaporojyedə, eləcə də Zaporojye və Poloq rayonlarında hücumlar nəticəsində 4 nəfər həlak olub, daha 28 nəfər isə yaralanıb.

Bundan əlavə, vilayət rəhbərliyinin məlumatına görə, yaşayış evlərinin, avtomobillərin və infrastruktur obyektlərinin zərər gördyünə dair 249 məlumat daxil olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM