satellite   Azerspace-1: 11135 H 30000

Latviya və Ukrayna sərhəd bölgəsində PUA istehsalı zavodu tikəcək

Latviya və Ukrayna sərhəd bölgəsində PUA istehsalı zavodu tikəcək

Latviya və Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

NTV xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulberqs məlumat verib.

Onun sözlərinə görə, zavodun Rusiya və Belarusla sərhəd bölgəsində inşası həm regionda iqtisadi fəallığın artırılmasına, həm də təhlükəsizlik imkanlarının gücləndirilməsinə xidmət edəcək. Baş nazir bildirib ki, belə bir müəssisə zərurət yarandıqda tutucu dronların operativ yerləşdirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Kiyevin Baltikyanı ölkələr ərazisindən pilotsuz uçuş aparatlarından istifadə etməyi planlaşdırdığını iddia etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM