satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada sərnişin qatarı relsdən çıxıb

Yaponiyada sərnişin qatarı relsdən çıxıb

Yaponiyanın qərbində yerləşən Kioto şəhərində sərnişin qatarı relsdən çıxıb.

NTV Yaponiyanın “Kyodo News” informasiya agentliyinə istinadla xəbər verir ki, qəza zamanı xəsarət alan olmayıb. Bildirilib ki, qatarın təxminən 30 sərnişinin olduğu ikinci və üçüncü vaqonları stansiya platformasının yaxınlığındakı keçiddə relsdən çıxaraq hərəkəti dayandırıb.

Məlumata görə, sərnişinlər təhlükəsiz şəkildə qatardan düşürülərək piyada stansiyasına çatdırılıblar.

Yaponiya Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM