satellite   Azerspace-1: 11135 H 30000

Çin dəniz ekosistemlərinin bərpasını sürətləndirir

Çin dəniz ekosistemlərinin bərpasını sürətləndirir

Çin dəniz ekosistemlərinin bərpası və biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirdiyi layihələri davam etdirir.

NTV  Çinin Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Şandun əyalətində yerləşən Çanqdao adalarında dəniz otlarının bərpası üzrə proqram həyata keçirilir. Layihə çərçivəsində süni toxum bankları yaradılır, yetişdirilən dəniz otları dəniz dibinə köçürülür.

Mütəxəssislərin sözlərinə görə, bu tədbirlər balıq ehtiyatlarının artmasına və xallı Sakit okean suitilərinin qidalanma mühitinin yaxşılaşmasına şərait yaradır.

Çinin cənubundakı Haynan əyalətində, Ujiçjou adası ətrafında isə mərcan riflərinin bərpası və süni riflərin yaradılması işləri davam etdirilir. 2010-cu ildən bəri burada 66 mindən çox mərcan köçürülüb, 61 min kvadratmetr dəniz dibi bərpa olunub və mərcanların sağqalma göstəricisi 70 faizə çatdırılıb.

Mütəxəssislər bildirirlər ki, həyata keçirilən layihələr dəniz biomüxtəlifliyinin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və ekoloji tarazlığın bərpasına mühüm töhfə verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM