Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola virusuna yoluxma hallarının sayı 1274-ə çatıb. Xəstəlik nəticəsində 360 nəfər həyatını itirib.
NTV xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının hökuməti məlumat yayıb. Bildirilib ki, son epidemioloji məlumatlar bazar günü axşam açıqlanıb.
Səhiyyə orqanları virusun yayılmasının qarşısının alınması və yoluxma zəncirinin qırılması istiqamətində tədbirləri davam etdirir.
