satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan Qurultayında yeni simalar təmsil olunmalıdır

Qazaxıstan Qurultayında yeni simalar təmsil olunmalıdır

Qazaxıstan parlamenti Senatının sədri Maulen Aşimbayev bildirib ki, Qazaxıstanın gələcək birpalatalı Qurultayında yeni simalar təmsil olunmalıdır.

NTV  “Kazinform”a istinadla xəbər verir ki, bu gün Qazaxıstan parlamenti Senatı yeni Konstitusiyanın qüvvəyə minməsi ərəfəsində Astanada son iclasını keçirib. Konstitusiyaya əsasən, ölkə iyulun 1-də birpalatalı parlament sisteminə keçəcək.

Sessiyadan sonra keçirilən brifinqdə Maulen Aşimbayev jurnalistlərin ölkənin ən yüksək nümayəndəlik orqanı olan birpalatalı Qurultayın gələcək tərkibi ilə bağlı vizyonu haqqında suallarını cavablandırıb.

“Mən qəti əminəm ki, yeni insanlar təmsil olunmalıdır. İndi çox dinamik dövrdür və inanıram ki, Qurultayda daha çox yeni simalar, perspektivli siyasətçilər, gənclər, qadınlar və regionların nümayəndələri iştirak edərsə, bu, ölkəmiz üçün çox vacib və faydalı olacaq”, - deyə Maulen Aşimbayev bildirib.

Spiker vurğulayıb ki, bu, hazırkı deputatların işinin qiymətləndirilməsi deyil, əksinə, dövlət idarəçiliyində vətəndaşların iştirakının genişləndirilməsi zərurətidir.

Senat aparatı əməkdaşlarının gələcəyindən danışan Maulen Aşimbayev qeyd edib ki, onların peşəkar potensialına və təcrübəsinə yeni strukturlarda da tələbat olacaq.

“Əməkdaşlarımız Qurultay aparatına qoşulacaq, bir hissəsi isə “Xalıq Kenesi” aparatına keçəcək. Buna görə də biz insanları itirmirik. Bu, mənim prinsipial mövqeyimdir. Bu baxımdan onlar sosial cəhətdən qorunurlar”, - deyə o qeyd edib.

Daha əvvəl Senatın sədri palatanın otuz il ərzindəki işini ümumiləşdirib. Onun sözlərinə görə, bu müddət ərzində 890-dan çox plenar iclas keçirilib və 3500-dən çox qanun qəbul edilib ki, bunlardan 350-dən çoxu parlament üzvləri tərəfindən irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM