satellite   Azerspace-1: 11135 H 30000

Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanlar və yaralılar var

Rusiya ordusunun Dneprə hücumu nəticəsində həlak olanlar və yaralılar var

Rusiya ordusu Dneprə hücum edib, bir müəssisəyə zərbə qeydə alınıb, dörd nəfər həlak olub və 21 yaralı var.

NTV  xəbər verir ki, bu barədə Regional Hərbi Administrasiyanın rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat verib.

“Rusların səhər saatlarında Dneprə hücumu dörd insanın həyatına son qoydu, on nəfər yaralandı. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir”, - deyə Qanja yazıb.

O əlavə edib ki, 21 nəfər yaralanıb: “Beş nəfərin vəziyyəti ağırdır, bunlar - 22, 33, 54, 58 və 59 yaşlı kişilərdir”, - deyə açıqlamada bildirilir.

O, əvvəllər hücum nəticəsində özəl müəssisəyə zərər dəydiyini bildirmişdi.

Bazar günü axşamından bəri Rusiya qoşunları Dnepropetrovsk vilayətinin Nikopol və Kamenski rayonlarına ondan çox PUA hücumu və artilleriya atəşi həyata keçirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM