satellite   Azerspace-1: 11135 H 30000

Hindistanda davamlı leysanlar səbəbindən 22 mindən çox insan zərər çəkib

Hindistanda davamlı leysanlar səbəbindən 22 mindən çox insan zərər çəkib

Hindistanda günlərlə davam edən leysan yağışları nəticəsində 22 mindən çox insan zərər çəkib.

NTV  "Hindustan Times"a istinadən xəbər verir ki, bu barədə Assam ştatının Təbii Fəlakətlərlə Mübarizə İdarəsi (ASDMA) məlumat yayıb.

"Ümumilikdə Dhemaci, Nalbari, Dibruqarx, Çiranq, Lakximpur və Kokracxar dairələrində daşqınlardan 22 124 nəfər zərər çəkib. Dhemaci - suyun səviyyəsinin qalxmasından 15 483 nəfərin zərər çəkdiyi ən çox zərər görən rayondur. Sel suları 96 kəndi basıb və təxminən 1 690 hektar kənd təsərrüfatı ərazisinə ziyan vurub", - qurumdan bildirilib.

Bildirilib ki, torpaq sürüşməsi nəticəsində evlərə və yollara ziyan dəyib, həmçinin 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün əhəmiyyətli hissəsi dağılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM