satellite   Azerspace-1: 11135 H 30000

Vyetnam Venesuelaya yardım və xilasetmə qrupu göndərib

Vyetnam Venesuelaya yardım və xilasetmə qrupu göndərib

“Vietnam Airlines” Venesuelada baş verən zəlzələlərdən sonra bərpa işlərinə dəstək məqsədilə axtarış-xilasetmə qrupları və humanitar yardım ləvazimatları daşıyan xüsusi uçuş həyata keçirib.

NTV  Vyetnamın VNA informasiya agentliyinə istinadla xəbər verir ki, VN66 reysi ilə Venesuelaya 124 nəfərdən ibarət xilasetmə heyəti, 10 axtarış iti, həmçinin təxminən 25 ton yardım və xüsusi avadanlıq göndərilib.

“Airbus A350” təyyarəsi Hanoydan yola düşüb və Parisdə texniki dayanacaqdan sonra Karakas şəhərinə istiqamət alıb. Xüsusi missiya zəlzələdən zərər çəkmiş ərazilərdə xilasetmə və humanitar əməliyyatlara dəstək vermək məqsədi daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM