satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada anomal istilərə görə 26 nəfər suda boğularaq ölüb

Almaniyada anomal istilərə görə 26 nəfər suda boğularaq ölüb

Almaniyada anomal istilərdən xilas olmağa çalışan 26 nəfər suda boğularaq ölüb.

NTV  Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Almaniya Xilasedicilər Assosiasiyası (DLRG) bildirib.

Ekstremal yüksək temperaturlar fonunda minlərlə sakin sərinləmək üçün göllərə, çaylara və açıq hovuzlara üz tutub. Lakin suda istirahət faciəvi hadisələrlə nəticələnib.

DLRG-nin məlumatına görə, iyunun 26-28-də ölkədə 26 nəfər boğulub.

Bununla yanaşı, təkcə iyunun 25-i suda ən azı 7 ölüm halı qeydə alınıb.

Bundan əlavə, müxtəlif su hövzələrində çimən azı 8 nəfər reanimasiyaya çatdırılıb.

Qeyd olunur ki, faciələrin əksəriyyəti çimmək üçün təchiz olunmamış su hövzələrində - çaylarda və karyer göllərində baş verib. Belə yerlər dərinliyin qəfil dəyişməsi, soyuq sualtı axınlar və dibin mürəkkəb relyefi səbəbindən daha təhlükəli hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM