satellite   Azerspace-1: 11135 H 30000

Qazaxıstan-Özbəkistan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək

Qazaxıstan-Özbəkistan sərhədində iki keçid məntəqəsinə beynəlxalq status veriləcək

Qazaxıstan və Özbəkistan sərhədində yerləşən iki keçid məntəqəsi beynəlxalq nəzarət məntəqəsi statusu alacaq.

NTV “Kazinform” informasiya agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Senatı Özbəkistanla 2006-cı ildə imzalanmış sərhəd keçidlərinə dair müqaviləyə dəyişiklikləri nəzərdə tutan protokolu təsdiqləyib.

Sənədə əsasən, Sırdərya-Malik və Tselinnı-Oqoltin keçid məntəqələri beynəlxalq status alacaq və 24 saatlıq iş rejiminə keçəcək. Yeni qaydalara əsasən, Tselinnı-Oqoltin keçidi sərnişin və yük daşımaları üçün, Sırdərya-Malik keçidi isə sərnişinlər və boş yük nəqliyyatı üçün fəaliyyət göstərəcək.

Bildirilib ki, dəyişikliklər iki ölkə arasında sərhəd daşımalarının daha səmərəli təşkilinə və yük axınının bölüşdürülməsinə imkan yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM