satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada silahlı insident nəticəsində beş nəfər həlak olub

Almaniyada silahlı insident nəticəsində beş nəfər həlak olub

Almaniyanın Aşağı Saksoniya əyalətinin Ştade şəhərində silahlı insident nəticəsində azı beş nəfər həlak olub.

NTV “Bild” qəzetinə istinadla xəbər verir ki, yerli polis idarəsinin məlumatında hadisə ilə əlaqədar genişmiqyaslı əməliyyatın həyata keçirildiyi bildirilib. Əməliyyat nəticəsində bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

İnsidentin baş verdiyi ərazi gənclər mərkəzinin yaxınlığında yerləşir. Həlak olanlar arasında uşaq və ya yeniyetmələrin olub-olmaması hələlik açıqlanmayıb.

Polis hadisənin motivinin hələ müəyyən edilmədiyini bildirib. Hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və psixoloji dəstək xidmətlərinin əməkdaşları cəlb olunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM