satellite   Azerspace-1: 11135 H 30000

Aİ-də rusiyalılara turist vizalarının verilməsinə tam qadağa müzakirə olunur

Aİ-də rusiyalılara turist vizalarının verilməsinə tam qadağa müzakirə olunur

Avropa Komissiyası Rusiya vətəndaşlarına turistik vizaların verilməsinə tam qadağanın tətbiqini müzakirə edir.

NTV  xəbər verir ki, bu barədə "İzvestiya"ya Avropadan olan mənbə bildirib.

"Bu təkliflər Avropa İttifaqına üzv ölkələrlə əlaqələndirilmiş şəkildə müzakirə olunur", - qəzetin həmsöhbəti qeyd edib.

Daha əvvəl Rusiyadan olan turistlərin girişini qadağan etmək təşəbbüsü ilə Almaniyanın Avropa Parlamentindəki Xristian Demokratik və Xristian Sosial İttifaqları (XDP/XSİ) blokunun fraksiyası çıxış etmişdi.

İyunun ortalarında Rusiya mediası məlumat vermişdi ki, Avropa İttifaqında yazın əvvəlindən Rusiya vətəndaşlarına artıq verilmiş Şengen vizaları və Avropa ölkələrində yaşamaq icazələri ilə bağlı qərara yenidən baxılması təklifi müzakirə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM