satellite   Azerspace-1: 11135 H 30000

Sabahdan etibarən Vyetnamda saxta xəbər yayanlar cərimələnəcək

Sabahdan etibarən Vyetnamda saxta xəbər yayanlar cərimələnəcək

Vyetnamda iyulun 1-dən etibarən sosial mediada saxta, yalan və böhtan xarakterli məlumat yayan istifadəçilərə 20 milyondan 30 milyon Vyetnam donqunadək (794–1190 ABŞ dolları) cərimə tətbiq ediləcək.

NTV xəbər verir ki, yeni qaydalar müəllif hüquqlarını pozan materialların, zorakılığı əks etdirən görüntülərin, qadağan olunmuş məzmunun və ölkənin suverenliyini təhrif edən xəritələrin paylaşılmasına da şamil olunur.

Bundan əlavə, tarixi təhrif edən, milli birliyi pozan, dini və irqi ayrı-seçkiliyi təşviq edən, eləcə də ictimai panikaya səbəb olan yalan məlumatlar yayan şəxslər 30 milyondan 50 milyon Vyetnam donqunadək (1190–1984 ABŞ dolları) cərimələnəcəklər.

Yeni tələblər 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM