satellite   Azerspace-1: 11135 H 30000

İran rəsmi mediası: İİKK-nın iki hərbçisi atışmada həlak olub

İran rəsmi mediası: İİKK-nın iki hərbçisi atışmada həlak olub

İranın Qərbi Kirmanşah əyalətində silahlı qrupun hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) iki hərbçisi həlak olub, daha iki nəfər yaralanıb. NTV xəbər verir ki, bu barədə dövlət İRİB telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hücum bazar ertəsi axşamı İranın İraqla sərhədi yaxınlığındakı Paveh ərazisində baş verib. Bu barədə dövlət televiziyası İİKK-nın Kirmanşah əyalətindəki İctimaiyyətlə Əlaqələr Ofisinin açıqlamasına istinadla məlumat yayıb.

Bəyanata görə, gizləndikləri evdən atəş açan naməlum silahlılar “qorxaq və xain terror aktı” törədərək İİKK hərbçilərini qətlə yetiriblər. Həlak olan iki nəfərin yerli İİKK üzvləri olduğu müəyyən edilib. Hücum zamanı daha iki nəfər yaralanıb.

İİKK atışma ilə bağlı şəraitin müəyyənləşdirilməsi və silahlı şəxslərin tapılması üçün araşdırma aparıldığını bildirib.

Hücuma görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM