Rusiyanın hava hücumundan müdafiə və elektron mübarizə qüvvələri Moskva vilayətində 60 pilotsuz uçuş aparatının (PUA) hücumunun qarşısını alıb.
NTV TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb. Onun sözlərinə görə, dronlar Domodedovo, Çexov, Dubna və digər yaşayış məntəqələri üzərində zərərsizləşdirilib.
Bildirilib ki, Dubnada PUA qalıqları inzibati binaya, Pavlovski Posad rayonunda isə fərdi evə ziyan vurub. İlkin məlumata əsasən, hadisələr nəticəsində xəsarət alan olmayıb.
Qeyd edilib ki, hazırda hücumun nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.
