satellite   Azerspace-1: 11135 H 30000

Niderland dünya çempionatlarında ardıcıl 3-cü dəfə penaltilər seriyasında uduzub

Niderland dünya çempionatlarında ardıcıl 3-cü dəfə penaltilər seriyasında uduzub

Niderland millisi futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Mərakeş yığmasına penaltilər seriyasında məğlub olaraq mübarizəni dayandırıb.

NTV  xəbər verir ki, Meksikanın Qvadalupe şəhərində keçirilən görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə Mərakeş 3:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Bu nəticə ilə Niderland yığması dünya çempionatları tarixində ardıcıl 3-cü, ümumilikdə isə 4-cü dəfə penaltilər seriyasında məğlub olub. Belə ki, “narıncılar” daha əvvəl DÇ-1998-in 1/2 finalında Braziliyaya, DÇ-2014-ün yarımfinalında və DÇ-2022-nin finalında isə Argentinaya uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM