satellite   Azerspace-1: 11135 H 30000

Fransada ƏDV fırıldaqçılığı və çirkli pulların yuyulması üzrə istintaq başlanıb

Fransada ƏDV fırıldaqçılığı və çirkli pulların yuyulması üzrə istintaq başlanıb

Avropa Prokurorluğu (EPPO) bildirib ki, ƏDV üzrə “karusel” tipli fırıldaqçılıqla bağlı aparılan istintaq çərçivəsində Paris bölgəsində 6 axtarış aparılıb və 6 nəfər dindirilib. Zərərin təxminən 13 milyon avro, maliyyə dövriyyəsinin isə 160 milyon avro olduğu bildirilir.

NTV xəbər verir ki, istintaq, həmçinin çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak şübhələrini əhatə edir. İş üzrə əsasən İle-de-Frans bölgəsində yerləşən 26 fransız şirkəti araşdırılır. EPPO-nun məlumatına görə, əməliyyatlar iyunun 25-də Parisdə keçirilib. Araşdırmalar zamanı sənədlər, rəqəmsal daşıyıcılar, lüks avtomobil və təxminən 60 min avro nağd pul müsadirə olunub. İstintaq materiallarına əsasən, sxem real iqtisadi fəaliyyəti olmayan, yalnız nəzarətdən yayınmaq üçün yaradılmış qısaömürlü şirkətlər şəbəkəsinə əsaslanıb. Bu şirkətlərin iki il ərzində 80-dən çox bank və ödəniş hesabından istifadə edərək təxminən 160 milyon avro dövriyyə etdiyi müəyyən olunub. Dindirilən 6 nəfərin bu şirkətlərin maliyyə idarəçiliyində və fırıldaqdan əldə olunan vəsaitlərin yuyulmasında iştirak etməkdə şübhəli olduğu bildirilir.

EPPO-nun açıqlamasına görə, iş Avropa İttifaqı daxilində sərhədlərarası əməliyyatlarda ƏDV azadolma qaydalarından sui-istifadə edilərək, vergi itkilərinə səbəb olan “karusel” sxemi ilə bağlıdır. Bu şübhələr 2025-ci ilin avqustunda Fransanın Vergi Araşdırmaları Milli İdarəsi tərəfindən Avropa Prokurorluğuna ötürülüb.

Araşdırmalar Milli Antifırıldaq İdarəsinin iştirakı ilə davam edir.

Avropa Prokurorluğu xatırladır ki, bütün şübhəlilər Fransanın müvafiq məhkəmələri tərəfindən yekun hökm çıxarılanadək günahsız sayılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM