satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Ukrayna Moskva vilayətindəki "Dubna" kosmik rabitə mərkəzinə zərbə endirib

Zelenski: Ukrayna Moskva vilayətindəki "Dubna" kosmik rabitə mərkəzinə zərbə endirib

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Moskva vilayətindəki "Dubna" kosmik rabitə mərkəzinə zərbə endiriblər.

NTV xəbər verir ki, bu barədə V.Zelenski "X" sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, obyekt Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak edən Rusiya qoşunlarının fəaliyyətinin kəşfiyyatı və koordinasiyası üçün istifadə olunur və Ukrayna sərhədindən 500 kilometrdən çox məsafədə yerləşir.

V.Zelenski həmçinin bildirib ki, daha əvvəl Ukraynanın Müdafiə Qüvvələri Moskva və Vladimir vilayətlərində daha dörd oxşar peyk rabitəsi mərkəzini vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM