satellite   Azerspace-1: 11135 H 30000

Yaşıl enerji mənbələri qlobal enerji tələbatındakı artımın qarşılanmasında lider olub

Yaşıl enerji mənbələri qlobal enerji tələbatındakı artımın qarşılanmasında lider olub

Ötən il dünyada aşağı karbonlu enerji mənbələri enerji tələbatındakı artımın qarşılanmasında ilk dəfə lider olub.

NTV  xəbər verir ki, bu barədə Enerji İnstitutunun (Energy Institute) "Ember", "Kearney" və KPMG şirkətləri ilə birgə hazırladığı "Dünya Enerji Statistikası" hesabatında bildirilir.

Hesabata əsasən, qlobal enerji tələbatı ötən il 1,7 faiz artaraq təxminən 166,7 trilyon kilovat-saata çatıb və ardıcıl ikinci il rekord səviyyə qeydə alınıb. Ənənəvi yanacağın enerji istehlakındakı payı isə 86,2 faiz olmaqla indiyədək ən aşağı səviyyəyə enib.

Enerji səmərəliliyi sahəsində əldə olunan irəliləyiş 2 faiz təşkil edib. Bu göstərici qlobal hədəf olan 4 faizdən xeyli aşağıdır. Ənənəvi yanacaqlardan istifadənin davam etməsi nəticəsində qlobal karbon emissiyaları ötən il 1,1 faiz artıb. Çin və Hindistanda emissiyalar müvafiq olaraq 0,3 və 0,9 faiz artaraq qlobal orta göstəricidən aşağı qalıb. ABŞ-də isə emissiyalar 3,2 faiz artaraq rekord səviyyəyə çatıb ki, buna da kömür elektrik stansiyalarında elektrik istehsalının 13 faiz artması təsir göstərib.

Hesabatda qeyd olunur ki, 2025-ci ildə qlobal elektrik enerjisinə tələbat illik müqayisədə 3 faiz artaraq ümumi enerji tələbatını üstələyib. Elektromobillərin və süni intellekt texnologiyalarının geniş yayılması tələbatın əsas səbəbləri olub.

Çin elektrik enerjisinə tələbatın ən sürətlə artdığı ölkə olub. Belə ki, Çində bu göstərici 5 faiz artıb.

Ötən il təmiz enerji mənbələri enerji tələbatındakı artımın təxminən 40 faizini qarşılayaraq ən böyük paya sahib olub. Beləliklə, COVID-19 pandemiyası dövrü istisna olmaqla, aşağı karbonlu mənbələrdən enerji təchizatında yeni dönüş nöqtəsi yaranıb. Külək, Günəş, hidroenerji və nüvə enerjisi elektrik istehsalında kömürü geridə qoyaraq əsas mənbə olub.

Külək və Günəş enerjisindən elektrik istehsalı isə ötən il illik müqayisədə 18 faiz artaraq ən yüksək artım tempini nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM