satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

Avropa Komissiyası 90 milyard avro həcmində dəstək krediti çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) alınması üçün Ukraynaya 3,9 milyard avro məbləğində vəsaitin köçürülməsinə başlayıb.

NTV xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 3,9 milyard avro Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinin əsas elementlərindən biri kimi nəzərdən keçirilən PUA-nın alınması üçün nəzərdə tutulmuş təxminən 6 milyard avro həcmindəki ilk tranş çərçivəsində birinci ödənişdir.

Bu ödəniş iyunun 25-də xüsusi makromaliyyə yardımı proqramı üzrə Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşın köçürülməsindən sonra həyata keçirilib. Avropa Komissiyasından bildirilib ki, dronların alınması üçün nəzərdə tutulan ilk tranşın qalan hissəsi yaxın günlərdə Ukrayna tərəfinin müraciətlərinə uyğun olaraq köçürüləcək.

Brüsseldən həmçinin qeyd olunub ki, sonrakı ödənişlər yalnız PUA-nın deyil, həm də döyüş sursatlarının, raketlərin və hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM