satellite   Azerspace-1: 11135 H 30000

Avropa İttifaqı rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandıra bilər

Avropa İttifaqı rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandıra bilər

Avropa Komissiyası rusiyalılara turist vizalarının verilməsini tamamilə dayandırmağı nəzərdən keçirir.

NTV xəbər verir ki, “İzvestiya” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb.

Məlumata əsasən, hazırda Avropa Komissiyasında Rusiya vətəndaşları üçün turist vizalarının tamamilə qadağan edilməsi ilə bağlı müzakirələr aparılır. Qadağanın mümkün tətbiqi üçün konkret müddət məlum deyil. Ekspertlərin sözlərinə görə, viza siyasəti Avropa İttifaqına üzv dövlətlərin məsuliyyətidir və Avropa Komissiyası yalnız qaydaları əlaqələndirə və tövsiyələr verə bilər.

Qeyd edək ki, Avropa İttifaqında rusiyalılara verilən 600 mindən çox vizanın böyük əksəriyyəti İtaliya, İspaniya və Fransanın payına düşür. 2025-ci ilin noyabr ayında Avropa Komissiyası Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM