Artan enerji qiymətlərinin dolayı təsirləri özünü bir müddət göstərəcək.
NTV xarici mediaya istinadla xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) baş iqtisadçısı Filip Leyn deyib.
O daha bir faiz artımı ehtimalını istisna etmədiyini vurğulayıb.
“İkinci mərhələ təsirlərinin ortaya çıxması üçün yəqin ki, bir müddət vaxt lazım olacaq. Hazırda dolayı təsirlərə - xüsusilə ərzaq qiymətlərinə və xidmət xərclərinə diqqət yetirmək lazımdır”, - deyə Filip Leyn qeyd edib.
Avropa Mərkəzi Bankı bu ay faiz dərəcələrini dörddəbir bənd artırsa da, bazarlarda ilin sonuna qədər daha bir artım gözlənilir. Enerji bazarları isə Yaxın Şərqdəki müharibədən sonra daha sakit qalsa da, siyasətçilər münaqişənin ilk həftələrinin təsirlərinin hələ də hiss olunduğunu bildirirlər. ABŞ-İran razılaşması neft qiymətlərini aşağı salır.
Bundan başqa, Rusiyanın “Gazprom” şirkəti hazırda Avropadakı yeraltı anbarlara vurulan təbii qazın həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 milyard kubmetr və ya 16,7 faiz az olduğunu açılayıb. Qitədə anbarlarının doldurulma sürətinin son 5 ildə ən aşağı səviyyədə olduğu, kəsirin əvvəlki illərlə müqayisədə daha da artdığı və anomal istilərin anbarlara təbii qazın vurulmasını ləngitdiyi bildirilir.
